Şah plov Azərbaycan mətbəxinin tacı hesab olunur. Qazmağın içərisində zəfəranlı düyü, qaysı, şabalıd və ət zərif şəkildə bişirilir. Süfrəyə bütöv təqdim edilən bu ləziz yemək xüsusi qonaqlıqların və bayramların əsas bəzəyidir.